Uğursuzluqları uğura ÇEVİRƏN MƏŞHURLAR: işdən qovulan, imtina edilən, gözucu yanaşılan...

Uğursuzluqları uğura ÇEVİRƏN MƏŞHURLAR: işdən qovulan, imtina edilən, gözucu yanaşılan...
12:48 16 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Hər birimizin həyatından uğursuzluq zolağı keçir. Bu çoxlarını bədbinliyə düçar edir, həyatdan əlini üzür, bəziləri üçün isə özünü təsdiqləmək üçün bir təkan olur. Ya da bu təkanı Əlahəzrət Fələk özü insanın alnına yazır.

Publika.az həyata 1:0 məğlub başlayan məşhur insanların uğurlarını diqqətinizə çatdırır:

Dünya şöhrətli alim Albert Eynşteyn – 4 yaşına qədər danışmağı bacarmayıb. Həkimlər onun əqli cəhətdən geri qaldığını düşünürdü. Amma fizika sahəsində qazandığı uğurları sadalamağa ehtiyac qalmaz.

Bill Qeyts – dünyanın ən zəngin adamıdır. Vaxtilə Harvard Universitetini yarıda atıb. Qurduğu işlər uğursuz bitib. Amma sonralar yaratdığı “Microsoft” şirkəti ilə milyarder olub.

Stiv Cobs – “Apple” şirkətinin qurucusu. Eynilə Qeyts kimi o da universiteti yarımçıq tərk edib. Öz yaratdığı “Apple” şirkətindən qovulub. Sonralar özü yeni “NEXT İnc.” şirkətini yaradaraq onu 429 milyon dollara sataraq Apple-i geri qaytarıb.

Opra Uinfri – Dünyanın ən çox qazanan, məşhur teleaparıcısı. Hələ orta məktəbdə oxuyarkən ana olub. Uşağının atası onlara sahib çıxmayıb. Övladını təkbaşına böyüdə-böyüdə bu zirvəyə gəlib çatıb.

Uolt Disney – uşaqların sevimli cizgi filmlərinin yaradıcısı. Vaxtilə işlədiyi qəzetdən qovulub ki, təxəyyül səviyyəsi yetərli deyil. Amma əzmkarlığı ilə bütün dünyanın uşaqlığını rəngləndirib. 32 “Oskar” mükafatə sahibidir.

Tomas Edison - əyalətdən gələn bu gənci ilk başda heç kim diqqətə almayıb. Təkcə elektrik lampasını yaratmaq üçün 1000 uğursuz cəhd edib. Nəhayət, hədəfə çatıb. Elektrik lampası, sayğacı, fonoqraf və ümumilikdə 4000 ixtiraya imza atıb.

Coan Roulinq – “Harri Potter” kitab seriyasının müəllifi. Tənha analıq onun da qismətinə yazılıb. Kitabını çap etdirmək üçün 12 nəşriyyatdan imtina cavabı alıb. Hazırda dünyanın ən zəngin yazıçısıdır.

Merilin Monro – təqdimata ehtiyacı olmayan daha bir məşhur. İlk dəfə model agentliyinə müraciət edəndə ona məsləhət görüblər ki, ən yaxşı halda katibə işləyə bilərsən. Sonralar isə təsadüfən işlədiyi zavodda çəkilmiş şəkli ilə məşhurlaşır.

Brayan Ekton – Votsapın yaradıcısı. Onu Tvitter və Feysbuka işə qəbul etməyiblər. Öz mesencer sistemini yaratdıqdan sonra isə Feysbuk ona 12 milyard dollar pul ödəyib.

Maykl Cordan – Məktəbin basketbol komandasından qovulub ki, oynaya bilmir. Sonralar dünyanın əfsanəvi basketbolçusuna çevrilib.

Stiven Kinq – bu tanınmış yazıçının ilk kitabı 30 nəşriyyatdan imtina cavabı alıb. Hazırda məhz 30 ədəbi mükafatın sahibidir, əsərlərinə 90 film çəkilib.

Sergey Brin və Larri Peyc – Google axtarış sisteminin yaradıcıları. Onlar Google ideyasını satmaq istəyəndə heç yaxın duran da olmayıb. Hazırda dünyanın bir nömrəli axtarış sisteminin qiyməti 500 milyard dollardır.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR