''Günəşli”dəki 11 saylı özüldə əlavə 4 quyu qazılacaq

''Günəşli”dəki 11 saylı özüldə əlavə 4 quyu qazılacaq
12:52 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ "Dayazsulu Günəşli” yatağında əlavə 4 quyunun qazılması üçün 11 saylı Dərin Dəniz Özülündə aparılan yenidənqurma işləri davam etdirilir.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub.
Sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılıb, texnoloji xətlər çəkilib. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Obyektdə işlər başa çatmaq üzrədir. 
Əlavə qazılacaq yeni quyuların hər birindən sutkada 80 ton neft və 10 000 kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gunesli-deki-11-sayli-ozulde-elave-4-quyu-qazilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR