Azərbaycan bu il barama istehsalını artıracaq

Azərbaycan bu il barama istehsalını artıracaq
12:52 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə həcmi 236 kq təşkil edən barama istehsalı ötən il 71 tona düşüb. 
"Report" xəbər verir ki, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib: "Bu il isə istehsalın bundan bir neçə dəfə çox olacağını gözləyirik".
Nazir müavini bildirib ki, barama ailələrə 2 700 manat aylıq gəlir gətirəcək: "Gətirdiyimiz baramaları da gülçülərə paylamışıq. Respublikanın 31 rayonunda 739 kəndi əhatə edən 3 013 min gülçüyə vermişik. Bununla 3 013 ailənin dolanması təmin olunacaq. Orta hesabla bir ailə bir ayda 200-300 kq barama təhvil versə, bu, həmin ailənin ayda 1 800-2 700 manat qazancı deməkdir".
İ.Quliyevin sözlərinə görə, son günlər havaların yağışlı keçməsi və bəzi rayonlarda dolunun düşməsi kənd təsərrüfatına çox ziyan verməyib: "Kənd təsərrüfatına o qədər də ziyan dəyməyib. Əksinə, taxılçılıq, pambıqçılığa şərait yaradıb. Düzdür doludağıdan avadanlıqlar var. Amma bilirsiz ki, müharibə şəraiti ilə əlaqədar bu avadanlıqların həmin ərazilərdə quraşdırılmasında çətinliklər var".

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-bu-il-barama-istehsalini-artiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR