Ötən ay nikah üçün müayinədən keçən 301 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb

Ötən ay nikah üçün müayinədən keçən 301 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb
12:52 16 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Bu ilin aprel ayında nikaha daxil olmaq istəyən 9 653 nəfər tibbi müayinədən keçirilib. 
Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan ötən ayın sonuna qədər müayinədən 268 174 nəfər keçib.
Aprel ayı ərzində müayinədən keçən 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/oten-ay-nikah-ucun-muayineden-kecen-301-neferde-talassemiya-dasiyiciligi-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR