Pikassonun rəsm əsəri 45 milyon dollara satılıb

Pikassonun rəsm əsəri 45 milyon dollara satılıb
13:02 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Pablo Pikassonun "Mavi paltarda oturan qadın" rəsm əsəri Nyu-Yorkda hərracda 45 milyon dollara satılıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, rəsmdə Pikassonun sevgililərindən biri - Dora Maar təsvir olunub. Onların münasibəti doqquz il davam edib.
Rəssam əsərini 1939-cu ildə, onun 58 yaşı, sevgilisinin isə 31 yaşı olarkən yaradıb.
Qeyd edək ki, bu, Pikassonun rəssamlıq irsinin ən mühüm əsərlərindən biridir.
"Mavi paltarda oturan qadın" rəsm əsəri artıq bir dəfə satılıb: altı il əvvəl ona görə 26 milyon dollar ödənilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/pikassonun-resm-eseri-45-milyon-dollara-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR