Ermənistanda hərbçilərin çayda boğulmasına görə hərbi hissə komandiri işdən azad edilib

Ermənistanda hərbçilərin çayda boğulmasına görə hərbi hissə komandiri işdən azad edilib
13:12 16 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Ermənistanın müdafiə naziri üç erməni hərbçisinin çayda boğularaq ölməsi məsələsində günahkarları cəzalandıracağını bildirib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ötən gün onun əmri ilə N saylı hərbi hissənin komandiri Gevorq Manqasaryan işdən azad edilib.
Başqa komandirlərin də istefaya göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, mayın 13-də Azərbaycanın işğal altında olan Ağdərə rayonunun Madagiz kəndi yaxınlığında “Vilis” markalı avtomobilin gölə düşməsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 3 hərbçisi boğularaq ölüb. Bunlar Ruben Barseqyan (1998-ci ildə anadan olub), Rafael Bişaryan (1997) və Ruben Mnatsakanyandır (1998).
Xatırladaq ki, aprelin üçüncü ongünlüyü və mayın əvvəlini əhatə edən 4 həftə ərzində qeyri-döyüş şəraitində Ermənistan ordusunun 8 hərbçisi qeyri-döyüş şəraitində ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-herbcilerin-cayda-bogulmasina-gore-herbi-hisse-komandiri-isden-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR