"Çelsi" rekordu təkrarladı

"Çelsi" rekordu təkrarladı
13:17 16 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqada çempionluğunu rəsmiləşdirən "Çelsi" 34-cü turdan təxirə salınmış oyunda "Vatford"u 4:3 hesabıyla məğlub edib.

Çempionluq gətirən əsas heyətə 9 dəyişiklik edən Antonio Konte Con Terriyə də son dəfə "Stamford Bridge"də meydana çıxmaq imkanı yaradıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kapitan 2016-cı il 16 yanvardan sonra ilk dəfə fərqlənərək 485 gündən sonra susqunluğu pozub. "Zadəganlar" isə bu mövsüm 29-cu dəfə meydanı qalib kimi tərk edib. London klubu 2004/05 və 2005/06 mövsümündə də analoji göstəriciyə nail olmuşdu. Həmin vaxt komandanı Joze Mourinyo çalışdırırdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR