Monika Belluççidən gözlənilməz SÖZLƏR: sən demə, o... - FOTOLAR

Monika Belluççidən gözlənilməz SÖZLƏR: sən demə, o... - FOTOLAR
13:18 16 May 2017
155 Şou
Ölkə mətbuatı
A- A+

Qəlbləri ovsunlayan italyan aktrisası Monika Belluççi gözlənilməz bəyanat verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Monika Belluççi üzünü əməliyyat etdirən qadınları dəstəklədiyini etiraf edib. 52 yaşlı aktrisa bildirib ki, foto proqramlarının effekti olmadan keçinə bilməz: "Allaha Şükür ki, fotoşop var. Mən öz yaşımı qəbul etməyi öyrənmişəm, amma ekranda daha gözəl görünmək istəyirəm. Artıq gözlərimin ətrafında qırışlar var, on il əvvəlsə onlar yox idi. Bununla belə qocalıq mənə dəhşətli görünmür. Düşünürəm ki, onun da öz gözəlliyi var".

Müsahibələrində dəfələrlə heç bir plastik əməliyyat etdirmədiyini deyən Monika bu mövzuya da toxunub. Aktrisanın fikrincə, cəmiyyət qadınları gözəllik naminə vurulan mezo iynələrinə görə qınaya bilməz: "Plastik əməliyyat edirməyən qadınlara üzünü dartdırmğı məsləhət görmürəm. Hesab edirəm ki, onlar belə də gözəldir. Amma üzünü dartdıran qadınların yaxşılaşdığını görəndə düşünürəm ki, o, düzgün edib. Özün üçün həmişə yaxşı işlər görməlisən. Əgər düzgün edilmiş plastik əməliyyat səni xoşbəxt edirsə, niyə də yox?".

Xatırladaq ki, kino ulduzunun bu yaxınlarda Belçikada jurnalistlərə verdiyi açıqlamada bütün kişiləri qanmaz heyvan adlandırması qalmaqala səbəb olmuşdu.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR