Azərbaycanda 220 nəfər qidadan zəhərlənib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 142 qida zəhərlənməsi baş verib ki, nəticədə 220 nəfər zərər çəkib, 3 nəfər ölüb.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, yanvar-mart ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.

Təkcə bu ilin aprel ayı ərzində 39 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 58 nəfər zərər çəkib.

Apreldə 2 botulizm hadisəsi baş verib ki, bundan da 5 nəfər zəhərlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR