Arif Rəhimzadə: "Azərbaycan tərəfi Rusiya prezidentinə müraciət etməlidir"

Arif Rəhimzadə: "Azərbaycan tərəfi Rusiya prezidentinə müraciət etməlidir"
13:27 16 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi, həqiqətən, cəmiyyətdə çox xoşagəlməz reaksiya yaradıb. Ümumrusiya Azərbaycan Konqresi ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə yaradılıb.

Milli.Az sia-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Arif Rəhimzadə parlamentdə cari məsələlər müzakirə olunarkən deyib. 

Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər olduğunu deyən A.Rəhimzadə bildirib ki, biz hər yerdə bu münasibətlər haqqında danışsaq da, lakin qarşılığını görmürük: "Nə üçün Rusiya Xocalı soyqırımı ilə bağlı heç bir tədbir görmək istəmir? Nəyə görə Azərbaycan qanunlarını pozan Lapşin haqqında danışır, ancaq öz dədə-baba yurdlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistanda girovluqda saxlanılmasına səsini çıxartmır? Qarşılıqlı hörmət münasibətləri ikitərəfli olmalıdır. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiya prezidenti Vladimir Putinə müraciət etməlidir ki, bu cür hallara son qoyulsun. Bu cür addımlar Azərbaycanla Rusiya arasında olan münasibətlərə xələl gətirir.

Məsələ ilə bağlı fikrini bildirən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Rusiya Minsk qrupunun həmsədr dövlətlərindən biridir və qonşu dövlət tərəfsiz olmalıdır: "Ancaq biz Rusiyanın tərəfsizliyini görmürük. Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/545290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR