“Ermənistanı dəstəkləyən ayrı-ayrı mərkəzlər var”

“Ermənistanı dəstəkləyən ayrı-ayrı mərkəzlər var”
13:32 16 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz hazırda elə bir mərhələdəyik ki, optimist olmaq üçün əsaslar yoxdur. Çünki 2016-cı ilin aprel döyüşlərindən sonra ötən bir il ərzində müəyyən substantiv danışıqların aparılması nəzərdə tutulsa da, biz bunun əksinin şahidi olduq. Beləcə, Ermənistan Azərbaycanı siyasi proseslərdə şantaj etməyə çalışır. Ancaq görünür bizə 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra yaranan əhval-ruhiyyəni ermənilərə yenidən yaşatmaq üçün yeni bir aprel döyüşünə ehtiyac olacaq. Təbii ki, bunun üçün də bəzi şərtlərin formalaşdırılması lazımdır. Mən formalaşdırılması sözünü təsadüfən işlətmirəm".

Milli.Az xəbər verir ki, bunu sia-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

"Çünki bilirsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xristian-müsəlman kontekstində yanaşanlar da var. Çox təəssüf ki, bu ölkələr dünya siyasətini müəyyənləşdirən qərb ölkələrindəki islamafob mərkəzlərdir. Eyni zamanda bizim şimal qonşumuzda və yaxud müsəlman olmasına baxmayaraq, cənub qonşumuzda Ermənistanı dəstəkləyən ayrı-ayrı mərkəzlər var. O ölkələrlə münasibətdə də müəyyən proses həyata keçirmək lazımdır ki, Azərbaycan yenidən bir aprel həmləsi etsə, onların neytral qalmasına nail olsun. Əks təqdirdə çox geniş və çox təxribatçı hadisələr baş verə bilər. Düşünürəm ki, gec-tez Azərbaycan bu və ya digər formada Ermənistanı yenidən danışıqlar masasının arxasına gəlməyə məcbur edəcək. Artıq bu proses başlayıb", - H.Babaoğlu fikrini tamamlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/545292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR