Ronaldu ən yaxşı bombardir seçildi

Ronaldu ən yaxşı bombardir seçildi
13:32 16 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin ilk 4 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, cədvəldə beynəlxalq oyunlarda ən azı 4 top vuranlar yer alıb.

Milli komanda və qitə kuboklarında vurulan qol sayında 50 futbolçu bunu bacarıb. Ötən ayla müqayisədə siyahının lideri dəyişib. Portuqaliya yığmasında 3, "Real"da 5 qol vuran Kriştianu Ronaldu ümumilikdə 8 topla cədvəlin 1-ci pilləsinə qalxıb.

Oman millisinin və bu ölkənin "Fanca" klubunun hücumçusu Abdul Əziz Al-Muqbali isə zirvəni əldən verib. O, yığmada 6 qol vurub.

Braziliyalı Junior Paulinyonun da hesabında 6 qol var. Çinin "Guangzhou" klubunda çıxış edən futbolçu millidə daha az - 3 dəfə fərqləndiyi üçün omanlıdan geri qalır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR