Rusiyanın ən uğurlu rejissorları

Rusiyanın ən uğurlu rejissorları
13:33 16 May 2017
82 Şou
Ölkə mətbuatı
A- A+

Nüfuzlu “Forbes” jurnalı Rusiyanın ən uğurlu rejissorlarının adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, reytinqdə 20 rejissorun adı yer alır.

Şimal qonşumuzun ən uğurli rejissoru Timur Bekmambetovdur. Onun təkcə baş rolunu Anjelina Colinin oynadığı “Xüsusi təhlükəli” filmi 341 milyon dollar gəlir gətirib.

İkinci yerdə Levan Qabriadze qərarlaşıb. Filmlərdən gəliri 79,3 milyon dollardır. Ən məşhur filmi “Dostları aradan götürmək”dir.

Üçüncü yerdə Fyodor Bondarçuk gəlir. Ən gəlirli filmi olan “Stalinqrad”dan 70 milyon dollar qazanıb.

İlk iyirmiliyə həmçinin Nikolay Lebedev, Dmitri Dyaçenko, Maryus Vaysberq, Andrey Kravçuk, Kiril Kuzin və başqa rejissorların da adı daxildir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR