Almaz Ələsgərli boşanan qızları barədə: "Onları oxlovla döyürəm"

Almaz Ələsgərli boşanan qızları barədə: "Onları oxlovla döyürəm"
13:39 16 May 2017
155 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Almaz Ələsgərli övladlarının tərbiyəsindən danışıb. Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan ifaçı bildirib ki, qızlarını tərbiyə edən zaman döyüb: “Belə bir məsəl var ki, uşağa bələk vaxtından tərbiyə vermək lazımdır. Uşaq böyüyənə qədər bir sözü 100 dəfə demək lazımdır ki, nəyin necə olduğunu bilsin. Bundan başqa uşağın geni də yaxşı olmalıdır. Bir də görürsən ki, uşağı yaxşı tərbiyə ilə böyüdürlər, amma böyüyəndə tamam başqa cür olur. Mən öz qızlarımı döymüşəm. Özü də oxlovla. Məni də uşaq vaxtı anam döyürdü. Uşaq vaxtı anam düşbərə bişirən zaman xəmiri, əti götürüb, kənarda bükürdüm. O da hirslənib, oxlovla mənə vurdu ki, imkan ver, işimi görüm”.

 


Qeyd edək ki, A.Ələsgərlinin 2 qızı var. Hər ikisi evli olub, boşanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR