Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə ÜAK-ın məsələsini müzakirə edəcək

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə ÜAK-ın məsələsini müzakirə edəcək
13:42 16 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsini Rusiya Dövlət Dumasının sədri ilə müzakirə edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə O.Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
 
Spiker qeyd edib ki, Federasiya Şurasının sədri ilə də məsələni müzakirə edəcək: "Bununla yanaşı, artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından o ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/545297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR