Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır

Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır
13:47 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanda 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 85,3%-i Bakı şəhərinin payına düşüb və kreditlər üzrə orta faiz dərəcəsi illik 9,1% təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq icmalına istinadən xəbər verir.
Hesabata əsasən, regionların kreditləşməsi ölkə üzrə cəmi kreditlərin 14,7%-ni əhatə edib və faiz dərəcəsi 9-22,2% arasında dəyişir. Ölkə üzrə isə kreditlərin orta faiz dərəcəsi aprelin 1-nə 10,6% olub.
Beləliklə, regionların kreditləşməsi illik müqayisədə azalıb. Belə ki, ötən ilin müvafiq dövründə kreditlərin 84,2%-i Bakı şəhəri, 15,8%-i regionların payına düşüb.
Regionların adı Orta faiz dərəcəsi Aran iqtisadi rayonu 22,2 Dağlıq Şirvan iqtisadi rayonu 21,8 Şəki-Zaqatala iqtisadi rayonu 21,6 Lənkəran iqtisadi rayonu 21,5 Quba-Xaçmaz iqtisadi rayonu 19,2 Gəncə-Qazax iqtisadi rayonu 19,1 Yuxarı Qarabağ iqtisadi rayonu 17,4 Abşeron iqtisadi rayonu 15,9 Kəlbəcər-Laçın iqtisadi rayonu 12,2 Naxçıvan iqtisadi rayonu 9,0 Bakı şəhəri 9,1 Azərbaycan 10,6

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-regionlarin-kreditlesmesi-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR