Bakı-2017: Azərbaycan atıcısı 4-cü qızıl medalına doğru

Bakı-2017: Azərbaycan atıcısı 4-cü qızıl medalına doğru
13:50 16 May 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma yarışının finalına yüksəlib.

Trend-in məlumatına görə, təmsilçimizin göstəricisi 574 xal olub.

Digər atıcılarımız Rəsul Məmmədov və Tahir Ağazadə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR