Sərhədçi İdman Kompleksində bomba həyəcanı

Sərhədçi İdman Kompleksində bomba həyəcanı
13:57 16 May 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda terrorçuluq barədə bilə-bilə yalan məlumat verən şəxs tutulub.

 

Fanat.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin", - deyərək telefonu söndürüb.

 

DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-srhdci-dman-kompleksind-bomba-hycan-t58116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR