TRT-də qalmaqal - 8 rəhbər işçi işdən çıxarıldı

TRT-də qalmaqal - 8 rəhbər işçi işdən çıxarıldı
13:57 16 May 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

TRT-nin baş direktoru Şenol Göka keçən həftə istefa vermişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dünən isə 8 nəfər rəhbər vəzifədən uzaqlaşdırılıb. 

Vəzifədən uzaqlaşdırılanlar arasında baş nazirin köməkçisi Numan Kurtulmuş katibliyindən TRT-də vəzifəyə gətirilən Bünyamın Korkmaz, Ş.Gökanın şəxsi katibi Alper Altuğ, Musiqi Departamentinin rəhbəri Amber Türkmen, Xarici əlaqələr bölməsinin müdiri Çağlar Tankur da var.

İstefanın ardından olan bu işdən çıxarılmalar mediada böyük səs-küyə səbəb olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR