Bakıya bomba həyəcanı yayan 14 yaşlı yeniyetmə saxlanıldı

Bakıya bomba həyəcanı yayan 14 yaşlı yeniyetmə saxlanıldı
14:15 16 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda azyaşlı bomba həyəcanı yaşadıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 15-də saat 12.41-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" Xidmətinə zəng edərək "Sərhədçi stadionunda bomba var, adam göndərin", - deyərək telefonu söndürüb.

DİN-in "102 Zəng Mərkəzi", Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai RPİ və Nərimanov RPİ əməkdaşlarının dərhal həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini - 14 yaşlı X.M. müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2755137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR