"Neftçi" yetirməsini qaytaracaqmı? - SON DURUM

"Neftçi" yetirməsini qaytaracaqmı?  - SON DURUM
14:17 16 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin Elvin Yunuszadəni geri qaytarmaq planı baş tutmaya bilər. Fanat.Az xəbər verir ki, “Qarabağ”la olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatan futbolçu yalnız Qurban Qurbanova lazım olmayacağı halda, paytaxt klubuna qayıdacaq.


“Köhlən atlar” Elvinə yeni müqavilə təklif etməsələr də, tərəflərin tezliklə masa arxasına əyləşməsi gözlənilir. Yunuszadə özü də ilkin variant kimi “Qarabağ”la danışıq aparmaq istəyir.


Qurbanovun komandasında müdafiəçi çatışmazlığı olduğundan Elvinin Çempionlar Liqasına hazırlaşan heyətdə qalmaq ehtimalı artıb.

 

Qeyd edək ki, Yunuszadəylə bağlı informasiyanı "Qarabağ" təsdiqləyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-yetirmsini-qaytaracaqm-t58117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR