Oğul atasını qəsdən maşınla vurub öldürüb

Oğul atasını qəsdən maşınla vurub öldürüb
14:22 16 May 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sumqayıt şəhərində oğul atasını bilərəkdən avtomobillə vurub öldürüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 14-də saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədilməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2755140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR