"Real" bu futbolçusu 75 milyon avroya satdı

"Real" bu futbolçusu 75 milyon avroya satdı
14:27 16 May 2017
129 İdman
Ölkə mətbuatı
A- A+

"Real" Ceyms Rodrigesi "Mançester Yunayted"ə satmağa razılıq verib. Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, "Kral Klubu" kolumbiyalı ulduzun getməsinə razıdı.


Artıq futbolçunun da "Mançester Yunayted"lə anlaşdığı bildirilir. İddialara görə, "Real" qarşı tərəfdən bu transfer üçün 75 milyon avro tələb edib. Joze Mourinyonun başçılıq etdiyi komanda həmin məbləği ödəməyə razılaşıb.

 

Qeyd edək ki, "Real" kolumbiyalı ulduzu 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edir. Hazırda "Transfermarkt" ona 50 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-bu-futbolcusu-75-milyon-avroya-satd-t58119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR