Tələbə qız müəllimindən doğduğu uşaqlarından İMTİNA ETDİ

Tələbə qız müəllimindən doğduğu uşaqlarından İMTİNA ETDİ
14:37 16 May 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

Qara dəniz Texniki Universitetində 8 il əvvəl təhsil aldığı zaman müəllimi T.Y. -dan 2 uşağı olan İ.S. sevgilisinin onu tərk edib həyat yoldaşının yanına dönməyindən sonra uşaqlarını dövlətə vermək üçün iddia açıb.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, Qara dəniz Texniki Universitetində 8 il əvvəl təhsil alan İ.S. aşiq olduğu müəllimi T.Y. ilə birlikdə yaşamağa başlayıb. Cütlüyün bu münasibətdən C.Y. (6) və H.Y. (7) adlı 2 uşaqları dünyaya gəlib. T.Y. -ya ərə gedəcəyinə ümid edən İ.S. sevdiyi şəxsin onu tərk edib arvadının yanına qayıtmağından sonra uşaqları da götürüb Adanaya gedib.

Uşaqlarını valideynlərinin yanında qoyan İ.S. tanış olduğu bir gənclə ailə həyatı qurub. Yeni ailə həyatından da bir uşağı olan İ.S.,T.Y.-dan olan uşaqlarını dövlət himyəsinə vermək üçün plan qurub.

Uşaqlarına valideynlərinin baxa bilmədiyini deyən İ.S. T.Y.-nın da bu məsuliyyətdən qaçdığı üçün belə bir qərar verdiyini ifadə edib. 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR