“Hamısı öldürüləcək!” - ABŞ rəsmən XƏBƏRDARLIQ ETDİ

“Hamısı öldürüləcək!” - ABŞ rəsmən XƏBƏRDARLIQ ETDİ
14:38 16 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərində tamamilə mühasirəyə alınıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi bildirib.

Koalisiya nümayəndəsi terror qruplaşmasının şəhər ətrafında tam məğlubiyyət aldığını deyib. Mosulda hazırda İŞİD-in nəzarətində yalnız 12 kvadrat kilometr ərazi qalıb.

Təslim olmayan terrorçular öldürülür. Mühasirədə olan şəhərdən gələn son fotoşəkillərdə çoxlu sayda terrorçunun cəsədinin küçələrə səpələndiyi görünür.

İraq ordusundan verilən məlumata görə, hazırda şəhərdə olan terrorçuların sayı 1000-dən azdır. 2016-cı il oktyabrın 17-də beynəlxalq koalisiyanın dəstəyi ilə başlanan əməliyyatda İraq təhlükəsizlik gücləri, peşmərgə və “Haşdi Şabi”nin daxil olduğu 100 minlik qüvvə iştirak edir.

Şəhəri ikiyə bölən Dəclə çayının şərqindəki məhəllələr yanvar ayında İŞİD-den təmizlənib. Şəhərin qərb hissəsinin təmizlənməsi üzrə əməliyyat fevralda başlanıb.

Mosul terror təşkilatının əlində saxladığı ən böyük şəhərdir. İŞİD-in de-fakto paytaxtı sayılan Suriyanın Rakka şəhəri də hazırda mühasirədə saxlanılır. Təşkilatın ələ keçirdiyi ən böyük şəhərlərdən olan Əl-Bab isə Türkiyə ordusu və Azad Suriya Ordusunun həyata keçirdiyi “Fərat Qalxanı” hətrəkatı ilə fevralın 13-də təmizlənib.

İraqda Fəllucə və Liviyada Sirt kimi şəhərlərdən təmizlənən İŞİD Mosulu da itirəcəyi halda, yalnız Rakkanı əlində saxlamış olacaq.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR