“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir

“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir
14:42 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ “Nar” mobil rabitə operatoru işğaldan azad edilmiş ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir. Operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasını istismara verib.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə 3G və 2G xidmətlərindən yararlana bilirlər. Hazırda abunəçilərə xidmət göstərən “Nar” şəbəkəsi 6 041 baza stansiyasını əhatə edir.
"Nar" Azərbaycanın hər bir bölgəsinə xüsusi diqqətlə yanaşır. Operator ölkənin müxtəlif bölgələri üçün xüsusi tariflər tətbiq edib, əhalinin bütün kateqoriyalarından olan istifadəçilərin maraq və ehtiyacları nəzərə alıb", - deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/nar-azad-edilmis-erazilerde-sebekesini-guclendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR