Bosforda Rusiya hərbi gəmilərinin keçidi üçün təhlükəsizlik gücləndirildi

Bosforda Rusiya hərbi gəmilərinin keçidi üçün təhlükəsizlik gücləndirildi
14:57 16 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul polisi Bosfor boğazında Rusiya hərbi gəmilərinin keçidi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb İŞİD silahlıları tərəfindən gözlənilən terror təhlükəsidir.

Təhlükəsizlik tədbirləri çərçivəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərini Türkiyə sahil mühafizəsinin katerləri müşayiət edəcək. Həmçinin, Rusiya hərbi gəmilərinin keçidi zamanı İstanbul polisinin vertolyotları keşik çəkəcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə kəşfiyyatı İŞİD-in Bosfor boğazında Rusiya gəmilərinə qarşı terror aktı törətməyi planlaşdırdığını bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR