"Report": Avronun məzənnəsinin 1,10 USD/EUR səviyyəsini ötməsi müvəqqətidir

"Report": Avronun məzənnəsinin 1,10 USD/EUR səviyyəsini ötməsi müvəqqətidir
15:32 16 May 2017
167 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ ABŞ dollarının avroya qarşı məzənnəsinin 1,10 USD/EUR həddindən yüksək olması müvəqqəti xarakter daşıyır. "Report"un analitik qrupu bildirir ki, məzənnə tezliklə 1,04-1,10 USD/EUR diapazonuna geri dönəcək. 
"Dolların məzənnəsinin düşməsi ABŞ Prezidenti Donald Trampın "möhkəm dollar iqtisadiyyata zərər vurur" siyasəti ilə bağlıdır. Lakin qeyd etmək lazımdır ki, güclü ABŞ iqtisadiyyatı, aşağı səviyyədə olan işsizlik, inflyasiyanın sürətlənərək 2% hədəfini ötməsi yaxın iclaslarda Federal Ehtiyat Sistemini (FED) uçot dərəcəsini artırmağa məcbur edəcək. Məhz iyun ayının 13-14-də keçiriləcək iclasda uçot dərəcəsinin artırılması gözlənilir", - deyə analitiklər qeyd ediblər. 
Həmçinin, bildirmək lazımdır ki, FED-in uçot dərəcəsini cari 0,75-1,00% səviyyəsindən 2% səviyyəsinə qədər artırması artıq dolların məzənnəsində əksini tapıb. Belə ki, avro/dollar məzənnəsi ötən illər ərzində 1,60 USD/EUR səviyyəsindən 1,04 USD/EUR-a qədər geriləyib və hazırda 1,1060 USD/EUR səviyyəsində yer alır. Bu da onu deməyə əsas verir ki, uçot dərəcəsi artırılsa da, bir müddət dolların möhkəmlənməsini gözləmək olmaz. 
Analitik qrup bildirir ki, dolların bahalaşması prosesinin növbəti həmləsi 2018-ci ilin II yarısında başlayacaq və dollar 0,85 USD/EUR-a güclənə bilər: "Yəni, dollar avrodan möhkəm olacaq. Məhz 2018-ci ilin II yarısından FED-in monetar sərtləşdirmə proqramına başlaması gözlənilir və o, öz balansını kiçiltməyə başlayacaq. Bu da ABŞ başda olmaqla dünyada dollar qıtlığı yaradacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/report-avronun-mezennesinin-1-10-usd-eur-seviyyesini-otmesi-muveqqetidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR