İslam Oyunları zamanı 22 nəfər xəstəxanaya gətirilib

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında əhaliyə lazımi tibbi xidmət göstərmək üçün təcili yardım briqadaları fəaliyyətini yüksək səviyyədə davam etdirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Mətbuat.az-a açıqlamasında bu bəradə bildirib:

“Oyunlar başlayandan indiyə qədər 66 müraciət olub. Onlardan 22 nəfər Mərkəzi Klinik xəstəxanaya gətirilib. Onlara baş ağrısı, aritmiya, qızdırma diaqnozu qoyulub. Həmin gün lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR