Dortmund "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşdi

Dortmund "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşdi
15:42 16 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Dortmund "Borussiya"sı mövsümün sonunda baş məşqçi Tomas Tuhellə yollarını ayıracaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb çalışdırıcının həm prezident, həm də oyunçularla problem yaşamasıdır.

Dortmund təmsilçisi artıq yeni baş məşqçisini də tapıb. Bundesliqa klubu "Nitsa"nın çalışdırıcısı Lusyen Favre ilə anlaşıb. İlkin razılığa görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.
 
Qeyd edək ki, 2011-2015-ci illərdə Münhenqladbax "Borussiya"sını çalışdırmış Lusyen Favre bu mövsüm "Nitsa"ya Fransa 3-cülüyünü qazandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR