Azərbaycan atıcısı İslamiadada 4-cü dəfə qızıl medal qazanıb

Azərbaycan atıcısı İslamiadada 4-cü dəfə qızıl medal qazanıb
15:52 16 May 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcısı Ruslan Lunyov daha bir qızıl medal qazanıb. "Report"un məlumatına görə, 28 yaşlı idmançı bu dəfə kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada fərqlənib.
O, 240,7 xalla 1-ci yeri tutub. Türkiyəli Yusuf Dikeç 239,7 xalla 2-ci, pakistanlı Muhammad Şehzad Axtar 218,6 xalla 3-cü olub.
Qeyd edək ki, bu, Ruslan Lunyovun İslamiadada 4-cü qızıl medalı olub.  

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycan-aticisi-i-slamiadada-4-cu-defe-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR