İslam Oyunlarında 675 min pul qazanan ailəyə

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4-cü qızıl medalını qazanıb.

Metbuat.az xəbər verir ki, snayperçimiz bu uğura 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada birinci olmaqla nail olub. O, 25 metr məsafədən standart tapança ilə atəş açma, 25 metrdən tapança ilə mərkəzə atəş açma və eyni məsafədən sürətli atəş açma yarışlarında da hamıdan güclü olub. İdmançımız əldə etdiyi hər bir qızıl medala görə dövlət tərəfindən müəyyən edilmiş 150 min manat pul mükafatı alacaq. Ümumilikdə, 150 min manat mükafat qazanmış idmançının məşqçiləri isə onun valideynləridir və onlar da övladlarının nailiyyətinə görə 225 min manat əldə edəcəklər.

Onu da əlavə edək ki, R.Lunyov Azərbaycanın tanınmış idmançısı İradə Aşumovanın oğludur. Anası həm də yığmamızın baş məşqçisidir. Ruslanın atası Vladimir Lunyov isə onun şəxsi məşqçisidir.

Qeyd edək ki, məbləğ arta bilər.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR