İslamiadada paraatletika yarışlarında iki Azərbaycan idmançısı FİNALDA

İslamiadada paraatletika yarışlarında iki Azərbaycan idmançısı FİNALDA
16:17 16 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində paraatletika yarışlarında Azərbaycanın 2 idmançısı finala vəsiqə qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qadınlar arasında 100 metr məsafəyə qaçış yarışlarında atletlərimiz Yelena Çebanu və İradə Əliyeva qızıl medal uğrunda mübarizə aparacaqlar.

Bu gün keçiriləcək finalda Azərbaycan idmançıları ilə yanaşı, mərakeşli Məryəm Ən-Nuri və İndoneziya atlet Endanq Sitorus yarışacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR