Bakıda "Zəfər günləri": Qalib idmançılarla görüş keçirilib (FOTO)

Bakıda "Zəfər günləri": Qalib idmançılarla görüş keçirilib (FOTO)
16:29 16 May 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” adlı silsilə xarakterli tədbirdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib.

Trend-in məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu günədək Azərbaycan idmançılarının İslamiadada 33 qızıl, 23 gümüş və 12 bürünc medal əldə etdiklərini vurğulayıb:

"Bu, son deyil, idmançılarımızdan yeni qələbələr gözləyirik".

Sonra medalçılara hədiyyələr verilib.

Qonaqlara konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2755214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR