Bağlanan iki bankın əmlakı hərraca çıxarılır

Bağlanan iki bankın əmlakı hərraca çıxarılır
16:32 16 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ləğvetmə prosesində olan banklardan ilk olaraq "Royal Bank" ASC və "Atrabank" ASC-nin əmlakları hərraca çıxarılacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı müqavilə imzalanacaq: "Artıq Hərrac Mərkəzi ilə danışıqlar aparılıb. Fondun Himayəçilik Şurası tərəfindən əmlakların hərraca və satışa çıxarılması qaydaları hazırlanıb və təsdiqlənib. Yaxın zamanlarda Hərrac Mərkəzi ilə müqavilə imzalanacaq. "Atrabank"ın bütün əmlakı satışa çıxarılacaq. Əmlaklar satıldıqca kreditorların tələbləri daha sürətlə yerinə yetiriləcək. "Atrabank"ın əmlakların bazar dəyəri 14 milyon manat dəyərində qiymətləndirilir. Əmlakların balans dəyəri isə 37 milyon manat təşkil edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR