Azərbaycana gələn turistlərin sayında artım var

Son illər ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ etdirilməsi məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması Azərbaycana gələn turistlərin sayının artmasına təsir göstərib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovun sözlərinə görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizi səyahət edənlərin sayında artım müşahidə edilir:

“2017-ci ilin ilk 3 ayı ərzində ölkəyə 545 min turist daxil olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir. Azərbaycan üçün turizm baxımından prioritet olan ölkələr İran, Rusiya, Türkiyə, Gürcüstan, Fars körfəzi ölkələri, xüsusilə də BƏƏ, Küveyt, Qətər və Səudiyyə Ərəbistanıdır. Fars körfəzi ölkələrindən gələnlər son illərdə çoxluq təşkil edir. İslam oyunları ilə bağlı ölkəyə gələn turistlərin sayı isə müvafiq qurumlardan rəqəmlər gəldikdən sonra açıqlanacaq”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR