"Kabel yayımı ilə bağlı vətəndaşların hüququ pozulur"

"Kabel yayımı ilə bağlı vətəndaşların hüququ pozulur"
16:37 16 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kabel televiziya yayımı ilə bağlı yol verilən qanun pozuntularına görə cəzaların sərtləşdirilməsi təklif edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu təkliflə MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, kabel yayımında bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər: "Gecə saatlarında, bir balaca yağış yağan kimi yayım pozulur. Amma vətəndaş problemlə üzləşsə də, məbləği azalda bilməz. Bir balaca ödəniş gecikən kimi yayımı kəsirlər. Burada vətəndaşların hüquqları pozulur. Biz bununla bağlı qanunvericiliyə ciddi müddəalar salmalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR