Daşkəsəndə maşın dərəyə aşdı, ölən və yaralanan var

Daşkəsəndə maşın dərəyə aşdı, ölən və yaralanan var
00:29 8 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə-Daşkəsən avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Daşkəsən rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 7-də, axşam saatlarında rayonun Quşçu kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zöhrab Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə idarəetməni itirərək maşını yolun kənarındakı dərəyə aşırıb.

 

Hadisə zamanı sürücü ölüb, avtomobildə olan Samux rayon Sərkar kənd sakini, 1986-cı il təvəllüdlü Hüseyn Axundov isə yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR