Sağlam uşaq arzusunda olanlar! – Bu müayinə ilə… - VİDEO

Sağlam uşaq arzusunda olanlar! – Bu müayinə ilə… - VİDEO
16:43 16 May 2017
Ölkə mətbuatı
A- A+

Ekologiya, yanlış qidalanma, həyat tərzi və irsiyyət reproduktiv sağlamlığa təsir edir. Sirr deyil ki, qohum nigahlarından doğulan uşaqlarda müxtəlif genetik xəstəliklərin rastlanma riski yüksəkdir - hemofiliya, fenilketonuriya, talassemiya və s.

Axar.az xəbər verir ki, molekulyar-genetik müayinə bu irsi xəstəliklərin artmasının qarşısını ala bilər.

Dünyada sayılıb-seçilən mərkəzlərdən biri olan Afgen Genetik Diaqnoz Mərkəzi 2011-ci ilin avqust ayından Azərbaycanda, Bakı şəhərində fəaliyyət göstərir. 2012-ci ildən isə bu Mərkəz Bioloji Təbabət klinikasında yerləşərək fəaliyyətini davam etdirir.

Afgen Genetik Diaqnoz Mərkəzinin rəhbəri azərbaycanlı professor Afiq Bərdəli dünyada genetika elmində tanınmış alimlərdən biridir. Prof. A.Bərdəli bir çox xəstəliklərin genini kəşf edib və “Bərdəli geni” adı ilə patentləşdirib.

Mərkəzdə iki bölmə fəaliyyət göstərir:

1) molekulyar-genetik analizlər

2) sitogenetik analizlər

Molekulyar genetika bölməsində tək gen xəstəliklərinə aid mutasiya və ya mikrodelesiya aşkarlanmasında bir çox fərqli molekulyar üsullar istifadə olunur. Sitogenetik bölmədə isə xromosom analizi konversional və başqa üsullarla aparılır. Genetik Diaqnoz Mərkəzi ölkəmizdə bu iki bölməni əhatə edən yeganə mərkəzdir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/199017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR