Qızıl medalçımız: "Qarşıma qoyduğum məqsədə çatdığım üçün sevinirəm"

Qızıl medalçımız: "Qarşıma qoyduğum məqsədə çatdığım üçün sevinirəm"
16:47 16 May 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

"IV İslam Həmrəyliyi Oyunlarında qarşıma qoyduğum məqsədə çatdığım üçün sevinirəm".

Milli.Az xəbər verir ki, bunu Trend-ə cüdo üzrə qızıl medalın sahibi Məmmədəli Mehdiyev deyib.

Onun sözlərinə görə, yarışlar tam obyektiv və normal hazırlanıb: "Özümü istədiyim kimi göstərə bilməsəm də, yenə də qalib gəldim, qızıl medala sahib oldum. İkinci görüşüm də komanda halında oldu və oradan da medalsız qayıtmadıq.

Belə yarışların ölkəmizdə keçirilməsi bizim üçün tarixdir. Həvəslə iştirak edirik və kifayət qədər azarkeş dəstəyi görürük. Bu, mənim böyük yarışlarda ilk qızıl medalımdır. Qarşıdakı yarışlarda da iştirak edəcəyimi və qalib gələcəyimi düşünürəm. Qarşıdan Dünya Çempionatı gəlir. Yəqin ki orada da iştirak edib Azərbaycanı layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR