Tramp məxfi məlumatı Rusiyaya ötürdüyünü etiraf etdi

Tramp məxfi məlumatı Rusiyaya ötürdüyünü etiraf etdi
16:48 16 May 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp İŞİD terror təşkilatı ilə əlaqədar məxfi məlumatları Rusiyaya ötürdüyünü etiraf edib.

Publika.az xəbər verir ki, Tramp Tvitter hesabında yazdığı statusunda buna haqqı çatdığını bildirib.

“Ağ Evdə keçirilən görüşdə prezident olaraq Rusiya ilə terrorizm və hava uçuşlarının təhlükəsizliyi əlaqədar həqiqətləri paylaşmaq istədim. Rusiya ilə danışıqların gedişatında informasiyanı bölüşmək hüququna malik idim. Həmçinin istəyirəm ki, Rusiya İŞİD və terrorizmə qarşı mübarizəsini əhəmiyyətli dərəcədə gücləndirsin”, - Tramp yazıb.

Daha əvvəl isə sözügedən iddia həm Ağ Ev, həm də Moskva tərəfindən təkzib edilmişdi.

“Vaşinqton Post” qəzetinin yazdığına görə, Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrova onunla mayın 10-da keçirdiyi görüşdə tam məxfi informasiyanı verib.

Tramp Lavrova hansı məxfi informasiyanı verdi? - Təyyarədə SUİ-QƏSD

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR