“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir

“Nar” azad edilmiş ərazilərdə şəbəkəsini gücləndirir
16:50 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan edib. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə 3G və 2G xidmətlərindən yararlana bilirlər. Hazırda abunəçilərə xidmət göstərən “Nar” şəbəkəsi 6041 baza stansiyasını əhatə edir.

“Nar” Azərbaycanın hər bir bölgəsinə xüsusi diqqət və həssaslıqla yanaşır. Operator ölkənin müxtəlif bölgələri üçün xüsusi tariflər tətbiq edib, əhalinin bütün kateqoriyalarından olan istifadəçilərin maraq və ehtiyacları nəzərə alıb. Sərfəli qiymət, keyfiyyətli rabitə və bölgələr üçün xüsusi tariflərin tətbiqi nəticəsində bölgələrdəki “Nar” abunəçilərinin sayı əhəmiyyətli dərəcədə artıb.

“Nar” şəbəkəsi haqqında daha ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən almaq olar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2755256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR