Xəzər Dəniz Neft Donanmasına məxsus liman yedək gəmisi təmir olunub (FOTO)

Xəzər Dəniz Neft Donanmasına məxsus liman yedək gəmisi təmir olunub (FOTO)
16:50 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Hövsan-5” liman yedək gəmisi əsaslı təmir olunub.

Qurumdan Trend-ə verilən məlumata görə, gəminin gövdəsinin yararsız mexanizmləri dəyişdirilib, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları da sazlanıb. Həmçinin, işçi heyətin kayutları, sanitar qovşaqları və yeməkxana tamamilə yenilənib. Ən əsası , gəminin baş və köməkçi mühərrikləri, nasosları, separatorları, boru sistemlərinin yüksək keyfiyyətdə təmiri həyata keçirilib.

Bütün bu proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb. Registr yoxlanışından keçəndən sonra gəmi yenidən istismara qaytarılacaq.

Xatırladaq ki, sözügedən liman yedək gəmisinin uzunluğu 29,3, eni 8,3 metrdir. Gəmi 1600 at gücünə malik mühərriklə təchiz olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2755254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR