Maliyyə Nazirliyi daha 10 mln. manatlıq DQİ emissiyası yerləşdirib

Maliyyə Nazirliyi daha 10 mln. manatlıq DQİ emissiyası yerləşdirib
17:07 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 91 gün tədavül müddətli, 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının (AZ0102010540) yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Hərrac zamanı 9 investor tərəfindən 19 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 39 603 900 manat təşkil edib. Sifarişlər 95,6419 (18,4798%)-96,7785 manat (13,4998%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 96,5500 manat (14,4916%), ortaölçülmüş qiyməti 96,7128 manat (13,7845%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 17-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 15 avqust 2018-cı ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-nazirliyi-daha-10-mln-manatliq-dqi-emissiyasi-yerlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR