Ekvadorda dəyəri 250 milyon dollar olan kokain partiyası ələ keçirilib

Ekvadorda dəyəri 250 milyon dollar olan kokain partiyası ələ keçirilib
17:17 16 May 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Ekvador polisi dəyəri təqribən 250 milyon dollar məbləğində qiymətləndirilən və 5,53 ton həcmində olan kokain partiyası ələ keçirib.
"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi narkotik maddənin Avropaya daşınması üçün nəzərdə tutulduğunu bildirib.
Narkotacirlərin və onların yükünün ələ keçirilməsi üzrə əməliyyat mayın 12-də baş tutub. Kokain Ekvadorun "La Libertad" limanından çıxan və Panama kanalı vasitəsilə İspaniya yönələn yük gəmisində olub. Nəqliyyat vasitəsi limandan ayrılandan az sonra onu Sakit okeanda saxlayıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, çoxmillətli gəmi ekipajı, eləcə də cinayətkar sindikatın başında dayanan İspaniya və Kolumbiya vətəndaşları saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ekvadorda-deyeri-250-milyon-dollar-olan-kokain-partiyasi-ele-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR