Pakistan prezidenti: "Azərbaycanla siyasi və müdafiə sahələrində əməkdaşlığı genişləndirməyə tərəfdarıq"

Pakistan prezidenti: "Azərbaycanla siyasi və müdafiə sahələrində əməkdaşlığı genişləndirməyə tərəfdarıq"
17:32 16 May 2017
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
"Report" xəbər verir ki, məktubda deyilir: 
"Zati-aliləri.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Pakistan Hökuməti və xalqı adından Sizə səmimi və xoş arzularımı çatdırmaq istərdim.
Bizim ölkələrimiz sıx tarixi, dini və mədəni əlaqələrlə bir-birinə bağlıdır. Pakistan bu əməkdaşlığı siyasi, mədəni, enerji və müdafiə sahələrində daha da genişləndirməyin tərəfdarıdır.
Pakistan regional sülh, əlaqələndirmə və inteqrasiya prinsipinə sadiqdir. İqtisadi Əməkdaşlıq Təşkilatı, digər regional və beynəlxalq forumlar çərçivəsində birgə səylərimiz bizə bu dəyərli məqsədlərə çatmağa kömək edəcək.
Mən bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzu edirəm.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin". 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-pakistan-azerbaycanla-siyasi-ve-mudafie-sahelerinde-emekdasligi-genislendirme-terefdarid

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR