Evlilik üzüyünün sol əlin adsız barmağına taxılmasının tibblə nə əlaqəsi var?

Miladdan 2800 il öncə Misirdə yaşayanlar dairə və ya halqa şəklindəki cisimlərin başlanğıc və bitmə nöqtələrinin olmaması səbəbindən sonsuzluğu təmsil etdiklərinə inanırdılar.

Metbuat.az-ın məlumatına görə, üzük evliliyin sonsuzadək davam edəcəyi anlamına gəlirmiş. Sonradan bu inanc romalılar arasında daha da məşhurlaşıb. Arxeoloji qazıntılar zamanı həmin dövrə aid maraqlı evlilik üzüklərinə rast gəlinir.

Evlilik üzüyünün sol əlin adsız barmağına taxılmasının səbəbi isə müasir tibbin inkişafından öncəki dövrlərə aid formalaşmış insan anatomiyası ilə bağlı yanlış məlumatlarla əlaqədardır.

Qədim zamanlarda şah damarın sol əldə məhz bu barmaqdan başlayıb ürəyə getdiyi iddia edilirdi. Beləliklə, dördüncü barmağa taxılan üzüklər evli cütlüklərin ürəkdən bağlılığını təmsil edirdi.

İndi damarlar haqqında daha dəqiq və ətraflı məlumata sahib olmağımıza baxmayaraq, evlilk üzüyünün sol əlin adsız barmağına taxılması hələ də ənənə olaraq qalır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR