“Azəriqaz”ın struktur bölmələrində təlimatlandırma kursları keçirilir

“Azəriqaz”ın struktur bölmələrində təlimatlandırma kursları keçirilir
17:42 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ “Azəriqaz” İB-nin regionlardakı struktur bölmələrində təlimatlandırma kursları keçirilir.
Bu barədə "Report"a qurumdan bildirilib.
"SOCAR-ın struktur bölmələrində çalışan əməkdaşların iş yerlərində təhlükəsizlik qaydalarına riayət edilməsi və bu sahədə biliklərə yiyələnməsi məqsədilə Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərində mütəmadi olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimlər təşkil edilir. “Azəriqaz” İB-nin müraciəti əsasında TTSİ-nin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən 8 Regional Qaz İstismar İdarəsində 390 nəfər üçün kurslar keçiriləcək. İlk olaraq 16-19 may tarixlərində Salyan RQİİ-də 2 qrup olmaqla 50 nəfər üçün kurslar təşkil olunub. Kurs müddətində dinləyicilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisə və iş yerlərində davranış qaydaları, bədbəxt hadisələr haqqında məlumatlar veriləcək, risklərin qiymətləndirilməsi, yanğından mühafizə, ilk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası, ətraf mühitin mühafizəsi, elektrik təhlükəsizliyi və.s mövzular tədris ediləcək. Kursun sonunda keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanan dinləyicilərə sertifikatlar təqdim olunacaq", - məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-i-b-nin-regionlardaki-struktur-bolmelerinde-telimatlandirma-kurslari-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR