Almaniya və Özbəkistanın solistləri “Trubadur” operasında çıxış edəcəklər

Almaniya və Özbəkistanın solistləri “Trubadur” operasında çıxış edəcəklər
17:52 16 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mayın 27-də C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək. 
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşada teatrın solistləri ilə yanaşı, qastrolçular da çıxış edəcəklər.
Əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti, Özbəkistanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov ifa edəcək.
Azərbaycan Opera və Balet Teatrının keçmiş solisti, hazırda Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan istedadlı həmyerlimiz, Azərbaycanın xalq artisti Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün dəvət olunub.
Leonora rolunda əməkdar artist Afaq Abbasova, Azuçena rolunda isə Nina Makarova çıxış edəcəklər.
Tamaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/almaniya-ve-ozbekistanin-solistleri-trubadur-operasinda-cixis-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR