Azərbaycanlı əməkdar jurnalist bir ovuc qızıl tapdı

Azərbaycanlı əməkdar jurnalist bir ovuc qızıl tapdı
17:52 16 May 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı küçələrində piyada çox gəzdiyimdən tez-tez qızıl və pul tapıram".

Milli.Az xəbər verir ki, bu fikirləri unikal.org-a açıqlamasında əməkdar jurnalist Azər Həsrət deyib.

O, qeyd edib ki, bu vaxta qədər tapdığı zinyət əşyaları bir ovuc təşkil edir: "Bir dəfə evimin yaxınlığında gəzərkən qızıl sırğa tapdım. Ətrafda bir neçə nəfərə yaxınlaşdım, heç biri sırğa itirdiyini demədi. Məcbur olub məhlənin başından ayağına qədər elan yazıb yapışdırdım. Təəssüf edirəm ki, sahibi tapılmadı. Ümumiyyətlə mən tez-tez belə hallarla rastlaşıram. Hazırda evdə sırğadan tutmuş "kolye"yə qədər bir ovuc qızıl var".

A.Həsrət mövzu ilə bağlı başına gələn maraqlı bir hadisəni də danışıb: "Bir neçə il bundan əvvəl yoldaşımla qızım binanın liftinə minmək istəyərkən yuxarıdan qaranquş yuvası qızımın başına düşdü. Saçlarını təmizləyərkən görüb, başında qızıl boyunbağı var. Həmin qızıl qaranquşun yuvasında olub. Biz onun sahibini axtarmadıq. Çünki onu tapmaq və kimə məxsus olduğunu sübut etmək bir az çətin olardı".

A.Həsrət deyib ki, tapdığı qızılları evində başqa bir yerdə saxlayır: "Onların hərəsi bir taydır. Həmin qızılları özümüzünkü bilmirik və elə təsəvvür edirik ki, sahibləri nə vaxtsa tapılacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR